ABŞ birdəfəyə 50-dən çox PUA-nı məhv edə bilən yeni sistemi təqdim etdibackend

ABŞ birdəfəyə 50-dən çox PUA-nı məhv edə bilən yeni sistemi təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə sənayesi nəhəngi Lockheed Martin Böyük Britaniyada keçirilən Farnborough Airshow 2026 beynəlxalq aviasiya sərgisində yeni MORFIUS X-Rotor antidron sistemini təqdim edib.

Şirkətin açıqlamasına görə, yüksək güclü mikrodalğa (HPM) texnologiyası əsasında fəaliyyət göstərən sistem bir uçuş zamanı 50-dən çox düşmən pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirmək imkanına malikdir.

Bildirilib ki, MORFIUS X-Rotor kütləvi dron hücumlarının qarşısını almaq üçün hazırlanıb və təkrar istifadə oluna bildiyindən ənənəvi hava hücumundan müdafiə vasitələri ilə müqayisədə daha aşağı istismar xərcləri təklif edir.
Yeni sistem müxtəlif radar və komanda-idarəetmə şəbəkələri ilə inteqrasiya oluna bilir və döyüş meydanında sürətli yerləşdirmə imkanları ilə seçilir..

Lockheed Martin hesab edir ki, MORFIUS X-Rotor gələcəkdə pilotsuz uçuş aparatlarının sürü halında hücumlarına qarşı əsas müdafiə vasitələrindən birinə çevrilə bilər.

//Samir Qurbanov, Editor.az