Zelenski həlledici görüşlər keçirir – Prezident Ofisindən diqqətçəkən açıqlamabackend

Zelenski həlledici görüşlər keçirir – Prezident Ofisindən diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün mühüm əhəmiyyət daşıyan bir sıra həlledici görüşlər keçirir.
Bu barədə Prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.

Onun sözlərinə görə, artıq “demək olar ki, həlledici” hesab edilən bir görüş başa çatıb, hazırda isə növbəti, faktiki olaraq həlledici xarakter daşıyan görüş davam edir.

Litvin bildirib ki, qəbul ediləcək qərarlar rəsmiləşən kimi ictimaiyyətə açıqlanacaq. Bununla yanaşı, görüşlərin gündəliyi, iştirakçıları və müzakirə olunan məsələlər barədə hələlik heç bir rəsmi məlumat verilməyib.

//Samir Qurbanov, Editor.az