İran rəhbərlərinin ölkənin ali lideri Müctəba Xamenei ilə effektiv kommunikasiya kanalları qurulub və onun bütün göstərişləri dəqiq yerinə yetirilir.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İndi kommunikasiya ilə bağlı məsələlərin həlli sayəsində biz liderimizin göstərişlərinə tam uyğun hərəkət edirik”, – Pezeşkian vurğulayıb.
Xatırladaq ki, Müctəba Xamenei ali lider kimi heç vaxt ictimaiyyət qarşısında çıxış etməyib, onun bütün bəyanatları dövlət KİV-ləri vasitəsilə yayımlanır. O, cari ilin mart ayında ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olan atasının, Əli Xameneyinin varisi olaraq İranın ali lideri postunu tutub.

