Tramp 60 ölkəyə qarşı yeni rüsum dalğasına hazırlaşır – FTbackend

Tramp 60 ölkəyə qarşı yeni rüsum dalğasına hazırlaşır – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumlarının tətbiqini elan edəcəyi gözlənilir.
Financial Times qəzetinin məlumatına görə, yeni tariflər təxminən 60 ölkəni əhatə edə bilər.

Bildirilir ki, Ağ Evin bəzi müşavirləri bu qərarın ABŞ iqtisadiyyatına mənfi təsir göstərə və Konqresə aralıq seçkilər ərəfəsində siyasi risklər yarada biləcəyindən narahatdırlar.
Mənbələrin sözlərinə görə, administrasiya buna baxmayaraq tarif siyasətini sərtləşdirmək niyyətindədir.

Yeni rüsumların ABŞ-ın əsas ticarət tərəfdaşları ilə münasibətlərə və qlobal ticarətə təsir göstərə biləcəyi bildirilir.

//Samir Qurbanov, Editor.az