ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Livan ərazisindən çıxarılması məqsədilə Vaşinqtonun İsrailə əlavə təzyiq göstərməsi imkanını nəzərdən keçirə biləcəyini bəyan edib.
Editor.az xəbər verir ki, Tramp bu açıqlamanı Livan Prezidenti Jozef Aun ilə Ağ evdə keçirdiyi görüş zamanı səsləndirib. ABŞ lideri bildirib ki, regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması üçün müxtəlif diplomatik addımlar, o cümlədən İsrailə təzyiq variantı da dəyərləndirilə bilər.
//Samir Qurbanov, Editor.az

