The Guardian: Krımda elektrik və su böhranı dərinləşirbackend

The Guardian: Krımda elektrik və su böhranı dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın yaz mövsümündən etibarən Krıma pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələr yarımadada ciddi infrastruktur problemlərinə səbəb olub.

The Guardian yazır ki, artan təhlükəsizlik riskləri fonunda rusiyalı turistlər qonaq evlərində etdikləri rezervasiyaları ləğv etməyə başlayıblar.

Məlumata görə, bölgədə yanacaq qıtlığı yaranıb ki, bu da ərzaq və digər zəruri məhsulların çatdırılmasını çətinləşdirib. Hazırda isə yarımadanın bir çox yaşayış məntəqəsində elektrik enerjisi və su təchizatı günün böyük hissəsində kəsilir.

The Guardian vəziyyəti Krımın enerji və kommunal infrastrukturunun ağır təzyiq altında qalması kimi qiymətləndirir və bunun yarımadada gündəlik həyata ciddi təsir göstərdiyini vurğulayır.

//Samir Qurbanov, Editor.az