Rusiya Mərkəzi Bankı federal büdcədə yaranmış böyük kəsiri maliyyələşdirmək məqsədilə qızıl ehtiyatlarının satışını davam etdirir.
Məlumata görə, tənzimləyici artıq ardıcıl altıncı aydır ki, dövlət ehtiyatlarındakı qızılı realizə edir.
İlin ilk altı ayının yekunlarına əsasən, Rusiyada federal büdcə kəsiri təxminən 6 trilyon rubla çatıb. Mütəxəssislərin fikrincə, qızıl ehtiyatlarının satışı büdcədə yaranan maliyyə boşluğunu qismən kompensasiya etmək məqsədi daşıyır.
Ekspertlər hesab edirlər ki, qızıl ehtiyatlarının uzun müddət ərzində azalması Rusiyanın maliyyə dayanıqlılığına və strateji valyuta ehtiyatlarına əlavə təzyiq yarada bilər.
//Samir Qurbanov, Editor.az

