Azadlıq prospektində yeni zolaq çəkildi – Hansı küçələri birləşdirir?backend

Azadlıq prospektində yeni zolaq çəkildi – Hansı küçələri birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində yeni addım atılıb. Paytaxtın Azadlıq prospektində velosiped və skuter istifadəçiləri üçün daha bir xüsusi zolaq təşkil edilib.

Milli.Az xəbər verir ki, Dilarə Əliyeva və Xaqani küçələri arasında salınan yeni zolaq 28 May, Nizami və Xaqani küçələrindəki mikromobillik zolaqlarını birləşdirərək şəbəkənin əhatə dairəsini genişləndirib.

Zolağın təşkili zamanı prospektdə hərəkət zolaqlarının eni müvafiq standartlara uyğunlaşdırılıb, onların sayı isə dəyişdirilməyib.

Hazırda ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrə çatıb. Paytaxtda velosiped və skuterlər üçün nəzərdə tutulan infrastrukturun gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.