Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 avtomobil toqquşub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 14 radələrində qeydə alınıb. 77-UL-354 dövlət nömrə nişanlı BYD, 99-TT-509 dövlət nömrə nişanlı “Lexus” və 77-SH-954 nömrə nişanlı “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.
Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Xilasedicilər tərəfindən “Lexus” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə tunelin girişində “Hyundai Santa Fe” markalı avtomobil “Lexus” markalı maşınla toqquşub.
Qəza nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerindən görüntülər təqdim edirik:


