Qardabanidə baş verən qəza zamanı həlak olanlardan sonuncunun da adı bilinib.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisədə 17 yaşlı Cəlil Masimov da həlak olub.
O, MMA döyüşçüsü olub.

Qardabanidə bu səhər baş verən avtomobil qəzasında həlak olan gənclərdən ikisinin də adı məlum olub.
Oxu.Az xəbər verir ki, dəhşətli qəza nəticəsində faciəli şəkildə ölənlərdən ikisi Yormuğanlı (Qaraçöp) sakinləridir. Onların Eltac Bayramov və Xanoğlan Nəsibov olduğu qeyd edilir.
Məlumata görə, hər iki gəncin 23-24 yaşlarında olduğu bildirilir.
Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda avtoqəza nəticəsində 7 nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə Qardabani-Rustavi yolunda qeydə alınıb.
Qəza nəticəsində Birlik kəndindən olan iki qardaş – Şamil, Kamil Əliyevlər və onların qohumlarının – Əli və Sahil Cəlilovların həyatını itirdikləri məlum olub. Ölənlərin Saqarejo rayonundan olan digər gənclərlə birlikdə avtomobildə olduqları bildirilir.
Məlumata görə, Şamil 17, Kamil isə 19 yaşında olub. Yerli sakinlər onların valideynlərini erkən itirdiklərini və nənə-baba himayəsində böyüdüklərini bildirirlər.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, istintaq tədbirləri davam etdirilir. Mərhumların meyitləri üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub.
Yaralı gəncin vəziyyətinin kritik olduğu bildirilir.



