“Real Madrid”də futbolçular bir-birinə girdi – ŞOK QALMAQALbackend

“Real Madrid”də futbolçular bir-birinə girdi – ŞOK QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” klubunda daxili böhranla bağlı iddialar İspaniya futbolunda gündəmin əsas mövzusuna çevrilib. Komandanın futbolçusu Dani Ceballos verdiyi qalmaqallı açıqlamalarla klubdakı problemləri açıq şəkildə etiraf edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, mövsümü kuboksuz başa vuran Madrid təmsilçisində futbolçular arasında ciddi gərginlik yaşandığı iddia olunur.

Dani Seballos açıqlamasında klub daxilində baş verənləri “sızdırdığını” etiraf edib:

“Artıq yalan danışmayacağam. Hər şeyi sızdırdım, çünki bu klub mənimlə maraqlanmır”, – deyə ispaniyalı futbolçu bildirib.

Seballos komanda daxilində, demək olar ki, hər həftə mübahisələr yaşandığını deyərək diqqətçəkən iddialar səsləndirib:

“Federico Valverde ilə Aurélien Tchouaméni arasındakı dava baş verənlərin yalnız kiçik hissəsidir. Oyunçular bir-birini günahlandırır, soyunma otağında tam xaos hökm sürür”, – deyə o bildirib.

İspan futbolçu mövsümün sonunda komandadan ayrılacağını da açıqlayıb:

“Real Madrid insanların düşündüyü kimi deyil”, – deyə Seballos vurğulayıb.

Qalmaqallı açıqlamalardan sonra klub prezidenti Florentino Pérez sərt reaksiya verib.

Perez bildirib ki, futbolçular arasında mübahisələrin olması normaldır, lakin bunlar klub daxilində qalmalıdır:

“Mən 26 ildir buradayam. Oyunçuların dalaşmadığı bir mövsüm olmayıb. Amma bunlar ailə daxilində həll olunur”, – deyə prezident qeyd edib.

Florentino Perez həmçinin klub ətrafında “xaos atmosferi” yaradılmasına imkan verməyəcəyini bildirib:

“Onlar bir-birini təpikləyir, sonra yenidən dostlaşırlar. Bəzilərinin yaratmağa çalışdığı bu xaos görüntüsünə icazə verməyəcəyəm”, – deyə o əlavə edib.