Məktəblərdə hicab qalmaqalı böyüyür: Nə BAŞ VERİR?-Nəsib Məhəməliyev DANIŞDIbackend

Məktəblərdə hicab qalmaqalı böyüyür: Nə BAŞ VERİR?-Nəsib Məhəməliyev DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət ümumtəhsil müəssisələrində şagirdlər üçün vahid forma, müəllimlər üçün isə, işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi, məktəbdaxili nizam-intizamın və peşəkar mühitin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili Nazirlər Kabinetinin müvafiq qərarını yüksək qiymətləndirdiyini bildirib:

“Hesab edirəm ki, qərardan irəli gələn müddəalar mütləq şəkildə icra olunmalıdır. Etiraf etməliyik ki, bu sahədə xeyli gecikmişik. Mərkəzi Asiya respublikalarında çoxdan belə qərarlar qəbul olunub. Son günlər bəzi məktəblərin qarşısında törədilmiş təxribatlar, şüşələrin sındırılması, məktəb direktorunun avtomobilinin yandırılması, hicablı qadınların söyüşləri, qışqırtıları, siyasi şüarlar səsləndirməli, ən əsası isə, azyaşlı uşaqların proseslərə qoşulması, islam dininə, islam əxlaqına zidd əməllərdir. İslamda qadınların yüksək səslə çığırmaqları, söyüş söyməkləri günah sayılır. Hiss olunur ki, hansısa xarici mərkəzdən idarə olunan güclü təşkilatlanmış şəbəkə fəaliyyət göstərir. Söhbət kumlərinsə dini inancından yox, konkret olaraq milli təhlükəsizliyimizdən gedir. Məqsəd Azərbaycan dövlətinin konstitusion quruluşunun əsaslarının dəyişdirilməsidir. Azərbaycan ərazisində, xarici ölkələrdə dini təhsil almış kufayət qədər missionerin fəaliyyət göstərməsi barədə Xüsusi xidmət orqanlarımızın əlində kifayət qədər faktlar var. İmkan verə bilmərik ki, dünyəvi inkişaf modelini qəbul etmiş, ictimai-siyasi sabitliyin bərpa olunduğu ölkə, İrana, Əfqanıstana, Yəmənə, Livana, İraqa, Suriyaya çevrilsin. Əfqanıstan qarışıq adı çəkilən ölkələrdə ötən əsrin ikinci yarısından başlayaraq, dini dövlət quruldu və nəticə göz qabağındadır. Bir çox insanlar, şagirdlərin hicab geyməsinə adi məsələ kimi yanaşır, heç kim üçün təhlükə törətmədiyini bildirirlər. Namus, qeyrətin simvolu kimi qələmə verir. Şagirdlərin hicab seçimi, valideynləri tərəfindən müəyyənləşdirilir. Hüquqi dillə desək, şagirdlər hüquq fəaliyyət qabiliyyətlərinə malik olmadıqları üçün, dini seçimləri valideynlərin istəyinə bağlıdır. Dini azadlıqlardan danışırıqsa, deməli şagirdlər yetkinlik yaşına çatmalıdırlar ki, sərbəst seçim edə bilsinlər.

Hazırki vəziyyətdə şagirdlərin dini inanclarına hörmət edilir və onların hüquqları dövlət tərəfindən effektiv şəkildə qorunur. Sadəcə, məktəblərdə dini atributlardan nümayişkarənə şəkildə istifadə olunmamalıdır”.

N. Məhəməliyev bildirib ki, Azərbaycan sekulyar dövlətdir və din dövlətdən ayrıdır:

“Məktəb dövlətindir və dövlət qanunlarla idarə olunur. Deməli kimliyindən asılı olmayaraq qanunlara riayət etməyi, ali orqanlardan verilmiş direktiv tapşırıqları icra etməyi öyrənməliyik. Ələlüsus, milli təhlükəsizlik məsələlərində cəmiyyətin az bir kəsiminin hüquqlarının pozulması adı ilə hökumətə təzyiqlər yol verilməzdir. Etirazçı kəsim, əhalinin heç bir faizi də etmir. Vahid məktəbli formasının tətbiqi şagirdlərin dini etiqad azadlıqlarını qətiyyən məhdudlaşdırmır. Ona görə də, burada tarazlığın pozulması, müzakirə predmeti olmamalıdır. Hesab edirəm ki, bəzi anlaşılmamazlıqların aradan qaldırılması üçün, müəllimlərin, valideynlətrin, psixoloqların, sağlam ilahiyyatçıların, nüfuzlu ziyalıların iştirakı ilə, ciddi maarifləndirmə işləri aparılmalıdır. Dəyərli mütəfəkkirlər, Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Seyid Əzim Şirvaninin, Sabirin, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Əhməd Ağaoğlunun və çoxsaylı digər millətimizin aydınlarının əsərləri təbliğ olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az