Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Editor.az APA-ya istinadən bildirir ki, hadisə Ağa Nemətulla küçəsində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Kozak Tatyana Mixalovna yolun piyada üçün müəyyən ediməmiş hissəsindən keçərkən onu motosiklet vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

