Britaniya Arktikada Rusiya sualtı qayıqlarına qarşı mübarizəyə 1,5 milyard funt ayıracaqbackend

Britaniya Arktikada Rusiya sualtı qayıqlarına qarşı mübarizəyə 1,5 milyard funt ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti “Atlantic Bastion” proqramı çərçivəsində Arktika bölgəsində Rusiya sualtı qayıqlarına qarşı imkanların gücləndirilməsi üçün 1,5 milyard funt sterlinq (təxminən 2 milyard ABŞ dolları) ayıracaq.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin büdcə-investisiya planında məlumat verilib.
Sənədə əsasən, ayrılan vəsait Arktikada sualtı təhdidlərin aşkarlanması, izlənməsi və qarşısının alınmasına yönəlmiş hərbi imkanların inkişafına sərf olunacaq.

Layihə ölkənin Şimali Atlantik və Arktikadakı müdafiə potensialının gücləndirilməsini hədəfləyir.

//Samir Qurbanov, Editor.az