Ukraynanın Rusiya ərazisinə, o cümlədən Moskvaya endirdiyi zərbələr, yanacaq təchizatını hədəfə alan əməliyyatlar və Krımın təcridinə yönəlmiş kampaniyanın gücləndirilməsi fonunda Rusiya Prezidenti yeni təzyiq dalğası ilə üzləşib.
Məlumata görə, Ukraynanın hücumları Rusiyanın hərbi və logistik imkanlarına təsir göstərir. Nəşr qeyd edir ki, Rusiya qüvvələri cəbhədə irəliləyiş əldə etməkdə əvvəlki dövrlərlə müqayisədə daha çox çətinlik yaşayır.
Bu barədə ABŞ-ın nüfuzlu The New York Times nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, Ukraynanın son əməliyyatları Moskva üzərində həm hərbi, həm də siyasi təzyiqi artırır.
//Samir Qurbanov, Editor.az

