The Independent: Putin əvvəlkindən daha həssas vəziyyətdədirbackend

The Independent: Putin əvvəlkindən daha həssas vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın The Independent nəşri Rusiya Prezidenti Vladimir Putinin son bəyanatlarını Kremlin Ukraynaya qarşı müharibədə üzləşdiyi çətinliklərin göstəricisi kimi qiymətləndirib.

Nəşrin dərc etdiyi təhlildə bildirilir ki, Putinin sülh danışıqlarına qayıdışla bağlı çağırışları Rusiyanın hərbi və strateji planlarının gözlənildiyi kimi irəliləmədiyini göstərən mühüm siqnaldır.
Məqalədə vurğulanır ki, bu bəyanatlar Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına, eləcə də işğal olunmuş əraziləri Rusiya ilə birləşdirən körpülərə endirdiyi zərbələr fonunda səsləndirilib.

Nəşrin analitikləri hesab edirlər ki, yaranmış vəziyyət Kremlin artan hərbi və siyasi təzyiqlə üzləşdiyini göstərir və Putinin mövcud mərhələdə əvvəlki dövrlərlə müqayisədə daha həssas vəziyyətdə olduğunu ortaya qoyur.

//Samir Qurbanov, Editor.az