Sırski: Rusiya vətəndaşları müharibəyə cəlb etmək üçünbackend

Sırski: Rusiya vətəndaşları müharibəyə cəlb etmək üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri şəxsi heyətin komplektləşdirilməsində çətinliklərlə üzləşməkdə davam edir. Bu səbəbdən Kreml müqavilə əsasında hərbi xidmətə cəlb olunan şəxslər üçün ödənişləri bəzi regionlarda 60 min ABŞ dollarına qədər yüksəldib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski TSN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yüksək maliyyə təşviqlərinə baxmayaraq, Rusiya ordusu yeni hərbi qulluqçuların cəlb edilməsində hələ də problemlər yaşayır. Sırski qeyd edib ki, məhz bu səbəbdən müqavilə imzalayanlara verilən birdəfəlik ödənişlər son dövrdə əhəmiyyətli dərəcədə artırılıb.

Baş komandanın fikrincə, bu addım Rusiyanın canlı qüvvə çatışmazlığını aradan qaldırmaq cəhdinin göstəricisidir.

//Samir Qurbanov, Editor.az