Sırski: Rusiya Çerniqov vilayətinə hücuma hazırlaşa bilərbackend

Sırski: Rusiya Çerniqov vilayətinə hücuma hazırlaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Bryansk vilayəti istiqamətindən Ukraynanın Çerniqov vilayətinə yeni hücum əməliyyatına başlaya bilər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski bildirib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi şimal istiqamətindən müxtəlif hücum ssenarilərini nəzərdən keçirir. Sırski iddia edib ki, ən real variant Bryansk vilayətindən Çerniqov istiqamətində irəliləməkdir.

Baş komandanın fikrincə, mümkün hücumun əsas məqsədi Kiyevə birbaşa hücum etmək deyil, cəbhə xəttini genişləndirmək və Ukrayna Silahlı Qüvvələrini digər aktiv istiqamətlərdən ehtiyat qüvvələr cəlb etməyə məcbur etməkdir.

Qeyd edək ki, hazırda bu məlumat Ukrayna hərbi rəhbərliyinin qiymətləndirməsinə əsaslanır. Rusiya tərəfi Çerniqov vilayətinə mümkün hücumla bağlı səsləndirilən iddiaları rəsmi şəkildə təsdiqləməyib.

//Samir Qurbanov, Editor.az