Çexiyada Zelenskinin ali dövlət mükafatından məhrum edilməsi təklif olunubbackend

Çexiyada Zelenskinin ali dövlət mükafatından məhrum edilməsi təklif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın sağ populist “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası hökuməti Polşanın nümunəsini izləməyə və Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət təltifi olan Ağ Şir Ordenindən məhrum etməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Jindřich Reyxl bildirib. Onun sözlərinə görə, SPD bu təşəbbüsü hakim koalisiyada müzakirəyə çıxarmağı planlaşdırır.

Qeyd edək ki, bu, hazırda yalnız müxalif siyasi partiyanın irəli sürdüyü təklifdir və Çexiya hökuməti tərəfindən bu məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.

//Samir Qurbanov, Editor.az