Moskva vilayətində raket təhlükəsi elan olunub.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Halların Vahid Dövlət Xəbərdarlıq Sisteminə (RSÇS) istinadən “Pul N3” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, vilayət sakinlərinə təhlükəsizlik tədbirlərinə əməl etmək, rəsmi məlumatları izləmək və zərurət yarandığı təqdirdə sığınacaqlara enmək tövsiyə olunub.
Rusiya rəsmiləri raket təhlükəsinin elan edilməsinə səbəb barədə hələlik əlavə məlumat verməyiblər.
//Samir Qurbanov, Editor.az

