ABŞ Prezidenti ölkədə fəaliyyət göstərən yanacaq pərakəndə satıcılarına benzinin qiymətlərini dərhal endirmələri ilə bağlı sərt çağırış edib.
O, sosial şəbəkədəki paylaşımında bildirib ki, yanacağın qiymətləri təcili şəkildə aşağı salınmalıdır. Tramp xəbərdarlıq edib ki, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə şirkətlər “ciddi problemlərlə” üzləşə bilərlər.
ABŞ prezidentinin bu açıqlaması ölkədə yanacaq qiymətləri və inflyasiya ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.
//Samir Qurbanov, Editor.az

