Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrinə ünvanladığı son bəyanat Moskvanın mümkün təhdidlərə cavab verməyə hazır olduğunu nümayiş etdirir.
Editor.az xəbər verir ki, bu barədə Çin hərbi-siyasi nəşri Military China yazıb.
Nəşrin təhlilinə görə, Putinin açıqlamaları Rusiyanın Qərbin təzyiqlərinə qarşı qətiyyətli mövqe sərgilədiyini və zərurət yaranacağı təqdirdə adekvat cavab verməyə hazır olduğunu göstərir.
Məqalədə qeyd olunur ki, Kremlin son bəyanatları Moskvanın təhlükəsizlik məsələlərində prinsipial xəttini davam etdirdiyini nümayiş etdirir.
//Samir Qurbanov, Editor.az

