Almaniyanın müdafiə sənayesi nəhəngi Ukrayna ilə artilleriya mərmiləri və barıt yüklərinin istehsalı və tədarükünü nəzərdə tutan yeni müqavilə imzalayıb.
Şirkətin yaydığı məlumata görə, müqavilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə artilleriya sursatı və barıt yüklərinin istehsalını və mərhələli şəkildə təhvil verilməsini əhatə edir. Sifarişin maliyyə dəyərinin on milyonlarla avro olduğu bildirilsə də, dəqiq məbləğ açıqlanmayıb.
Müqavilənin icrasının yaxın aylarda başlanacağı gözlənilir. Tərəflər tədarükün həcmi və qrafiki ilə bağlı əlavə detallar paylaşmayıblar.
Məlumatı şirkətin açıqlamasına istinadən Reuters agentliyi yayıb.
//Samir Qurbanov, Editor.az

