Ukraynada aerostatlardan buraxılan yeni DART raketi hazırlanıbbackend

Ukraynada aerostatlardan buraxılan yeni DART raketi hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada düşmənin radioelektron mübarizə (REM) vasitələrinə qarşı davamlılığı ilə seçilən yeni DART raketi hazırlanıb.

Məlumata görə, raket aerostatlardan (hava şarlarından) buraxılmaq üçün nəzərdə tutulub.
Ukraynanın hərbi nəşri “Militarnıy”ın yazdığına görə, DART layihəsinin əsas xüsusiyyətlərindən biri REM sistemlərinin təsirinə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsidir. Bu isə raketin elektron maneələr şəraitində hədəfə yönəlmə imkanlarını artırır.

Mütəxəssislərin fikrincə, aerostatlardan istifadə raketlərin daha yüksək hündürlükdən və daha geniş əməliyyat radiusu ilə buraxılmasına şərait yarada bilər. Bu yanaşma eyni zamanda bəzi hallarda xərclərin azaldılmasına və hava hücumundan müdafiə sistemlərinin yüklənməsinin qarşısının alınmasına kömək edə bilər.
Layihənin texniki göstəriciləri, uçuş məsafəsi və döyüş başlığının xüsusiyyətləri barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb. DART raketinin gələcəkdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində rol oynaya biləcəyi bildirilir.

//Samir Qurbanov, Editor.az