Zelenski müharibə dövründə emosional anlardan danışdı: “Əmr vermək çətindir”backend

Zelenski müharibə dövründə emosional anlardan danışdı: “Əmr vermək çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Reuters Next konfransında şəxsi hissləri ilə bağlı sualı cavablandırıb.

Jurnalistin onun nə qədər tez-tez ağladığı barədə sualına cavab verən Zelenski bildirib ki, dövlət başçısı kimi ağır qərarlar qəbul etmək, xüsusilə də insan taleləri ilə bağlı əmr vermək onun üçün ən çətin məqamlardan biridir.
Ukrayna lideri qeyd edib ki, müharibə şəraitində ölkəni idarə etmək böyük mənəvi yük yaradır və bəzi hadisələr qarşısında emosiyaları gizlətmək çətin olur.

Zelenskinin açıqlaması müharibə şəraitində liderlərin qarşılaşdığı psixoloji təzyiq və məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az