Avstraliyanın ən varlı qadını SpaceX-ə 1 milyard dollardan çox sərmayə yatırıbbackend

Avstraliyanın ən varlı qadını SpaceX-ə 1 milyard dollardan çox sərmayə yatırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın mədən sənayesi maqnatı və ölkənin ən varlı qadını olan Gina Rinehart, özünün Hancock Prospecting şirkəti vasitəsilə spacex.com  şirkətinə 1 milyard ABŞ dollarından çox sərmayə yatırıb.

Məlumata görə, bu investisiya Rinehartın son illərdə həyata keçirdiyi ən iri texnologiya yönümlü yatırımlardan biri hesab olunur. Sərmayə kosmik texnologiyalar və peyk rabitəsi sahəsində fəaliyyət göstərən SpaceX-in gələcək inkişaf perspektivlərinə olan yüksək etimadın göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Elon Musk tərəfindən təsis edilən SpaceX son illərdə kosmik daşıma, peyk interneti və kommersiya kosmik missiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilib.

Ekspertlər hesab edirlər ki, Gina Rinehartın bu addımı iri investorların yüksək texnologiyalar və kosmik sənayeyə marağının artdığını göstərir. Sərmayənin həcmi SpaceX-in özəl bazardakı mövqeyini daha da gücləndirə bilər.

//Samir Qurbanov, Editor.az