Almaniya hökuməti pilotsuz uçuş aparatlarından (PUA) gələn təhdidlərə qarşı yeni hava hücumundan müdafiə sisteminin yaradılması üçün 16 milyard avro investisiya qoyacağını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Frizland federal əyalətində
Almaniya pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiəyə 16 milyard avro ayıracaq
Almaniya hökuməti pilotsuz uçuş aparatlarından (PUA) gələn təhdidlərə qarşı yeni hava hücumundan müdafiə sisteminin yaradılması üçün 16 milyard avro investisiya qoyacağını açıqlayıb. Bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Frizland federal əyalətində hərbçilərlə görüşü zamanı məlumat verib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda “Pilotsuz Uçuş Aparatları üzrə Fəaliyyət Planı” işə salınacaq. Proqram kəşfiyyatdan başlayaraq təhlükələrin aşkarlanması, zərərsizləşdirilməsi və məhv edilməsinə qədər bütün istiqamətləri əhatə edəcək.
Boris Pistorius bildirib ki, Almaniya kəşfiyyat məqsədli dronlar, zərbə PUA-ları, eləcə də düşmən pilotsuz aparatlarını ələ keçirmək və məhv etmək üçün xüsusi vasitələr əldə edir.
Müdafiə naziri səfər çərçivəsində Upyever aviabazasında Hərbi Hava Qüvvələrinin sürətli reaksiya bölməsinin fəaliyyəti ilə də tanış olub. Bölmə pilotsuz aparatların aşkarlanması və radioelektron mübarizə sistemləri ilə təchiz edilib. Bildirilib ki, iyul ayından etibarən oxşar qruplar Almaniya Silahlı Qüvvələrinin bütün qoşun növlərində yaradılacaq.
Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer isə vurğulayıb ki, müasir döyüş əməliyyatlarında dronlar müharibənin xarakterini ciddi şəkildə dəyişdirib və uğurun əsas şərtlərindən biri yeni texnologiyaların sürətlə tətbiq olunmasıdır.
Pistorius əlavə edib ki, Almaniya şirkətləri artıq Ukrayna ilə birgə layihələrdə iştirak edir və bu əməkdaşlıq döyüş təcrübəsinin öyrənilməsinə imkan yaradır. Bununla yanaşı, müdafiə satınalmalarının texnoloji yeniliklərin sürəti ilə uzlaşdırılması hələ də əsas problemlərdən biri olaraq qalır.
hərbçilərlə görüşü zamanı məlumat verib.

//Gülnarə Abasova, Editor.az