Zelenski Makronun G7 sammitində qalmaq xahişini rədd edibbackend

Zelenski Makronun G7 sammitində qalmaq xahişini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun Kanadada keçirilən G7 sammitində qalmaqla bağlı xahişini qəbul etməyib.
Editor.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.

Nəşrin yazdığına görə, Makron Zelenskinin sammit çərçivəsində keçirilən görüşlərdə iştirakını davam etdirməsini istəsə də, Ukrayna lideri bu təklifi rədd edib. Məlumatda qeyd olunur ki, tərəflər arasında aparılan danışıqlarda Ukraynadakı vəziyyət, hərbi yardım və beynəlxalq dəstək məsələləri müzakirə olunub.

Hadisənin detalları və Zelenskinin qərarının səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, G7 sammiti dünyanın aparıcı sənaye ölkələrinin liderlərini bir araya gətirir və gündəlikdə Ukraynadakı müharibə, qlobal təhlükəsizlik, enerji və iqtisadiyyat məsələləri əsas yer tutur. G7 Sammiti çərçivəsində Ukraynaya dəstək məsələsi də əsas müzakirə mövzularından biridir.

//Samir Qurbanov, Editor.az