Fransa Rusiyanın “kölgə donanması”na aid tankeri cərimədən sonra sərbəst buraxdıbackend

Fransa Rusiyanın “kölgə donanması”na aid tankeri cərimədən sonra sərbəst buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən Tagor neft tankerini bir ay əvvəl Atlantik okeanında saxladıqdan sonra sərbəst buraxıb.

Brest Prokurorluğunun məlumatına görə, tanker sahibi gəminin dövlət bayrağı olmadan üzməsi və Fransa Hərbi Dəniz Qüvvələrinin dayanmaq tələbinə əməl etməməsi səbəbindən 1 milyon avro məbləğində cərimələnib.

Cərimə ödənildikdən sonra gəminin hərəkətini davam etdirməsinə icazə verilib.

Fransa hakimiyyəti Tagor tankerinin Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft ixracında istifadə etdiyi “kölgə donanması”na aid olduğunu bildirir. Hadisə Moskvanın sanksiyaları aşmaq üçün istifadə etdiyi gəmi şəbəkəsinə qarşı Avropa ölkələrinin nəzarəti gücləndirdiyi bir vaxta təsadüf edir.

//Samir Qurbanov, Editor.az