ABŞ Prezidenti Donald Trump Rusiyanın “Böyük səkkizlik” (G8) formatından çıxarılması qərarının düzgün olub-olmaması ilə bağlı fikirlərini açıqlayıb.
Tramp bildirib ki, Rusiyanın G8-dən kənarlaşdırılması qərarı ilə bağlı suallar var və Moskvanın bu platformadan uzaqlaşdırılması bəlkə də düzgün addım olmayıb.
ABŞ liderinin sözlərinə görə, Rusiya G8 formatında iştirak etsəydi, beynəlxalq məsələlər, o cümlədən qlobal təhlükəsizlik problemləri ilə bağlı müzakirələr daha fərqli şəkildə aparıla bilərdi.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra G8 formatından çıxarılıb. Bundan sonra təşkilat “Böyük yeddilik” (G7) adı ilə fəaliyyətini davam etdirib.
Trampın açıqlaması beynəlxalq münasibətlərdə Moskvanın gələcək rolunun müzakirə olunduğu bir dövrdə səslənib.
//Samir Qurbanov, Editor.az


