Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə görüş keçirib.
Görüş barədə məlumatı Zelenski özünün rəsmi Telegram kanalında paylaşıb. Tərəflərin danışıqlar zamanı Ukraynadakı müharibə, beynəlxalq təhlükəsizlik məsələləri və gələcək əməkdaşlıq mövzularını müzakirə etdiyi bildirilib.
Zelenski Hindistanla dialoqun vacibliyini vurğulayıb və Kiyevin münaqişənin diplomatik yolla həllinə yönəlmiş səylərini davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, Hindistan Ukrayna müharibəsi ilə bağlı neytral mövqe saxlamağa çalışsa da, son dövrlərdə Kiyev və Dehli arasında siyasi əlaqələrdə fəallıq müşahidə olunur.
//Samir Qurbanov, Editor.az


