Moskva vilayətində təyyarə qəzaya uğradı: iki nəfər həlak olubbackend

Moskva vilayətində təyyarə qəzaya uğradı: iki nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhər dairəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

İlkin məlumata görə, qəza nəticəsində təyyarə yerə çırpıldıqdan sonra yanğın başlayıb. Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Məlumatda bildirilir ki, qəza nəticəsində iki nəfər həyatını itirib. Həlak olanların şəxsiyyəti və təyyarənin hansı marşrut üzrə uçduğu hələlik açıqlanmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Rusiya hüquq-mühafizə orqanları və aviasiya mütəxəssisləri qəzanın texniki nasazlıq və ya digər amillərlə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Qəza ilə bağlı rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az