SON DƏQİQƏ: Məşhur milyarder saxlanıldı – FOTObackend

SON DƏQİQƏ: Məşhur milyarder saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda tanınmış milyarder və iri iş adamı İlya Traber hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə məlumatı “Fontanka” nəşri öz mənbələrinə istinadən yayıb.

Nəşrin əldə etdiyi məlumatlara görə, saxlanılma və axtarış tədbirləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Mərkəzi Aparatının əməkdaşları tərəfindən həyata keçirilib.

Axtarışlar Traberin Leninqrad vilayətindəki bağ evində, biznesmenin Starorusskaya küçəsi, 12 ünvanında yerləşən ofisində və bir sıra müəssisələrdə, eləcə də onun iş ortaqlarından birinin evində aparılıb.

İstintaq tədbirlərinin hansı cinayət işi çərçivəsində keçirildiyinin təfərrüatları hələlik rəsmi olaraq açıqlanmır.

Qeyd edək ki, İlya Traber əsasını dəniz terminalları, logistika, limanlara xidmət göstərən servis şirkətləri, həmçinin neft-qaz və nəqliyyat sektorundakı infrastruktur layihələri təşkil edən nəhəng liman qrupunun sahibidir.

Musavat.com

Задержан известный российский миллиардер