NATO Rusiyanın Ukrayna müharibəsindəki itkilərini açıqladıbackend

NATO Rusiyanın Ukrayna müharibəsindəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə verdiyi itkilərlə bağlı yeni məlumat yayıb.

Alyansın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin ümumi itkiləri artıq 1,4 milyon nəfəri ötüb.
Brüsseldə jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən NATO rəsmisi bildirib ki, bu itkilərə həlak olanlar və yaralananlar daxildir. Məlumata görə, onların təxminən 500 min nəfəri həyatını itirib.

NATO nümayəndəsi vurğulayıb ki, ağır itkilərə baxmayaraq, Moskva Ukraynadakı hərbi və siyasi məqsədlərindən geri çəkilmir. Bununla yanaşı, Alyans hazırda Rusiyanın yaxın vaxtlarda yeni genişmiqyaslı hücuma hazırlaşdığına dair əlamətlər müşahidə etmədiyini qeyd edib.

Rəsmiyə görə, Rusiya qüvvələri əsas səylərini Ukraynanın şərqindəki cəbhə xəttinə yönəldib və xüsusilə Pokrovsk və Konstantinovka istiqamətlərində aktiv əməliyyatlar aparır.
NATO hesab edir ki, yaxın aylarda döyüşlərin intensivliyi yüksək olaraq qalacaq və tərəflər arasında hərbi qarşıdurma davam edəcək.

//Samir Qurbanov, Editor.az