Sağlamlıqla bağlı hər hansı şikayəti olmayan şəxslərə gün ərzində 500 qramdan artıq gilas istehlak etməmək tövsiyə olunur.
Editor.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, Rusiya Həkimlər Cəmiyyətinin vitse-prezidenti Erik Prazdnikov məlumat verib. Onun sözlərinə görə, bir dəfəyə 150–250 qram, yəni təxminən 20–30 ədəd orta ölçülü gilas yemək optimal hesab olunur.
Mütəxəssis bildirib ki, gilas C vitamini, kalium, antioksidantlar və qida lifləri ilə zəngin olduğundan əksər sağlam insanlar üçün faydalı meyvədir. Bununla belə, bir dəfəyə 1 kiloqramdan çox gilas yemək həzm sistemində narahatlıq, xüsusilə qarın ağrısı və köp kimi problemlərin yaranma riskini artırır.
Həkim həmçinin qeyd edib ki, gilas seçərkən meyvələrin görünüşünə diqqət yetirmək vacibdir. Keyfiyyətli gilas dolğun, parlaq və sortuna uyğun təbii rəngdə olmalıdır.
//Gülnarə Abasova, Editor.az

