İran rəsmisi açıqladı: “Biz başladıq”VİDEObackend

İran rəsmisi açıqladı: “Biz başladıq”VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-nin regiondakı hərbi fəaliyyətlərinə və İrana endirilən son zərbələrə sərt reaksiya verib.

Musvat.com xəbər verir ki, dövlət televiziyasının canlı efirində çıxış edən Əzizi rəsmi Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, İranın suverenliyinə və təhlükəsizliyinə qarşı atılan addımlar cavabsız qalmayacaq.

“Amerikalılar bilsinlər ki, onlara sarsıdıcı cavab veriləcək və harada olurlarsa olsunlar, təhlükəsizlikləri əllərindən alınacaq”, — deyə komitə sədri vurğulayıb. O, İranın öz milli maraqlarını və dövlət suverenliyini qorumaq üçün bütün qətiyyətli tədbirləri görməyə hazır olduğunu bəyan edib.