Psixoloq: Sevgi üç ildən sonra bitmir, sadəcə formasını dəyişirbackend

Psixoloq: Sevgi üç ildən sonra bitmir, sadəcə formasını dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münasibətlərdə sevginin üç ildən sonra sona çatdığı barədə geniş yayılmış fikir elmi baxımdan tam doğru deyil. Psixoloqlar bildirirlər ki, ilk illərdə yaşanan güclü romantik hisslər zamanla zəifləsə də, bu, sevginin yox olması demək deyil.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Şpaqinanın sözlərinə görə, münasibətlərin ilk 2–4 ilində yenilik hissi, tərəfdaşın ideallaşdırılması və yüksək romantik həyəcan tədricən azalır. Bu, beynin yaxın insana uyğunlaşması ilə əlaqədar olan təbii prosesdir.

Mütəxəssis qeyd edib ki, “üç illik sevgi” ifadəsi əslində sevgiyə deyil, vurğunluq mərhələsinə aiddir. Əgər münasibətlər yalnız güclü ehtiras üzərində qurulubsa və qarşılıqlı etimad, hörmət, ortaq məqsədlər və birgə həyat təcrübəsi formalaşmayıbsa, romantik hisslərin zəifləməsi münasibətlərin bitməsi ilə nəticələnə bilər. Lakin bir çox cütlükdə ehtirasın yerini daha yetkin bağlılıq, dostluq, qarşılıqlı dəstək və qayğı tutur.

Şpaqina vurğulayıb ki, əgər 2–4 ildən sonra yalnız ehtiras deyil, həm də hörmət, maraq, emosional və fiziki yaxınlıq itirsə, bu artıq təbii mərhələ deyil, münasibətlərdə problemlərin yaranmasına işarədir.

Onun fikrincə, sevgi müəyyən müddətdən sonra mütləq yox olmur. Əsas məsələ cütlüyün münasibətlərini yeni mərhələyə uyğun şəkildə inkişaf etdirə bilməsidir. Əks halda, sevgi ya dərinləşir, ya da lazımi qayğı göstərilmədikdə tədricən zəifləyir.

//Gülnarə Abasova, Editor.az