Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazanan “Qarabağ” futbol klubunu təbrik edib.
Editor.az xəbər verir ki, dövlət başçısı qeyd edib:
“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.
![]()

