İtaliya Ukraynaya hərbi dəstəklə bağlı mövqeyinə aydınlıq gətirdibackend

İtaliya Ukraynaya hərbi dəstəklə bağlı mövqeyinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti NATO-nun Ukraynaya 2027-ci ilədək hərbi dəstəyin davam etdirilməsi ilə bağlı qərarının qəbuluna mane olmadığına dair açıqlama verib.

İtaliya hökumətindəki mənbələrin bildirdiyinə görə, Roma Alyans daxilində Ukraynaya uzunmüddətli hərbi yardımın davam etdirilməsi təşəbbüsünü bloklamır. Bununla da ölkə bu məsələdə guya etiraz etdiyi barədə yayılan məlumatları təkzib edib.

Mənbələr vurğulayıblar ki, İtaliya NATO çərçivəsində qəbul ediləcək qərarların müttəfiqlərlə koordinasiya şəraitində həyata keçirilməsini dəstəkləyir və Ukraynaya yardım məsələsində Alyansın vahid mövqeyinin qorunmasının tərəfdarıdır.

//Samir Qurbanov, Editor.az