Zelenski: Putini dayandıra biləcək yeganə “ada” Moskvadır, Krım deyilbackend

Zelenski: Putini dayandıra biləcək yeganə “ada” Moskvadır, Krım deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinni döyüş əməliyyatlarını dayandırmağa məcbur edə biləcək əsas amil Krım deyil, “Moskva adası”dır.

Kiyevdə Rusiyanın son raket zərbəsi endirdiyi əraziyə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Zelenski deyib ki, Putinə real təsir göstərə biləcək məkan məhz Moskvanın özüdür. Onun sözlərinə görə, Kreml yalnız müharibənin nəticələrini birbaşa öz ərazisində hiss etdikdə qərarlarını dəyişməyə məcbur qala bilər.

Zelenski bununla Rusiyanın işğal etdiyi Krım yarımadasının deyil, Rusiyanın paytaxtının təhlükəsizliyinin Kremlin qərarlarına daha çox təsir etdiyini vurğulayıb. O, əlavə edib ki, müharibənin dayandırılması üçün təzyiq məhz Rusiyanın daxilində hiss olunmalıdır.

//Samir Qurbanov, Editor.az