Rusiyanın istifadə etməyə başladığı yeni reaktiv pilotsuz uçuş aparatları (PUA) Ukraynanın hava hücumundan müdafiə sistemi üçün getdikcə daha ciddi təhlükə yaradır.
Editor.az xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.
Məlumata görə, yeni reaktiv dronlar 500 km/saatadək sürət yığa bilir.
Yüksək sürətə görə onları ənənəvi vasitələrlə məhv etmək çətinləşir və Ukrayna HHM qüvvələri onları vurmaq üçün bahalı zenit-raket komplekslərinin raketlərindən istifadə etməyə məcbur qalır.
Nəşrin qiymətləndirməsinə əsasən, bu taktika Rusiyaya Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını tədricən tükəndirməyə imkan verə bilər. Ekspertlər hesab edirlər ki, reaktiv PUA-ların sayının artması Ukraynanın HHM sistemləri üçün həm maliyyə, həm də əməliyyat baxımından əlavə yük yaradır.
//Samir Qurbanov, Editor.az

