Səudiyyə Ərəbistanı neft ixracını kəskin artırdıbackend

Səudiyyə Ərəbistanı neft ixracını kəskin artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı ABŞ, İsrail və İran arasında baş vermiş müharibədən sonra neft ixracını sürətlə artıraraq münaqişədən əvvəlki səviyyəyə demək olar ki, geri qaytarıb.

Editor.az xəbər verir ki, Bloomberg agentliyinin gəmi hərəkətlərinin izlənilməsi məlumatlarına istinadən yaydığı xəbərə görə, krallığın əsas ixrac terminallarından neft daşımaları son günlər nəzərəçarpacaq dərəcədə artıb.
Analitiklərin fikrincə, ixracın bərpası Hörmüz boğazında vəziyyətin sabitləşməsi və qlobal bazarda tələbatın yüksək olaraq qalması ilə əlaqədardır.

Bu addım Səudiyyə Ərəbistanının dünya neft bazarındakı mövqeyini gücləndirmək və əsas alıcılar qarşısında öhdəliklərini tam yerinə yetirmək məqsədi daşıyır. Bloomberg-in məlumatına görə, hazırkı ixrac həcmi müharibədən əvvəlki göstəricilərə çox yaxındır.

//Samir Qurbanov, Editor.az