Zelenski tərəfdaşları tənqid etdi: Verdikləri vədləri yerinə yetirsinlərbackend

Zelenski tərəfdaşları tənqid etdi: Verdikləri vədləri yerinə yetirsinlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə endirilən son kütləvi raket və pilotsuz aparat hücumundan sonra Qərb tərəfdaşlarını verdikləri öhdəlikləri tam yerinə yetirməməkdə ittiham edib.

Zelenskinin sözlərinə görə, bugünkü hücum Vladimir Putinin sentyabr ayında keçirilməsi planlaşdırılan seçkilər öncəsi həyata keçirdiyi siyasətin tərkib hissəsidir. O bildirib ki, əgər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı verilən vədlər vaxtında yerinə yetirilsəydi, hücumun nəticələri bu qədər ağır olmazdı.
“Qoy üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi mülki itkilərin qarşısının alınması və Rusiya hücumlarının təsirinin azaldılması üçün həlledici əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az