Rusiya hökuməti benzin bazarının sabitləşdirilməsi üçün yeni tədbirlər açıqlayıbbackend

Rusiya hökuməti benzin bazarının sabitləşdirilməsi üçün yeni tədbirlər açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti ölkənin benzin bazarında sabitliyin qorunması məqsədilə birja satışları üzrə məcburi normativi müvəqqəti olaraq azaldıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, qərara əsasən, benzinin birja vasitəsilə satışı üçün nəzərdə tutulan minimal məcburi həcm üç ay müddətinə endirilib.
Hökumət bildirir ki, qərarın məqsədi daxili bazarın yanacaqla fasiləsiz təminatını gücləndirmək, mövsümi tələbat fonunda qiymət sabitliyini qorumaq və bazarda yaranan riskləri minimuma endirməkdir.

Rəsmilər hesab edirlər ki, görülən tədbirlər yanacaq bazarında tarazlığın saxlanılmasına və istehlakçıların etibarlı təminatına töhfə verəcək.

//Samir Qurbanov, Editor.az