Kiyevdə dron hücumu: Daha bir azərbaycanlı yaralandıbackend

Kiyevdə dron hücumu: Daha bir azərbaycanlı yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevdə baş verən dron hücumları nəticəsində daha bir Azərbaycan vətəndaşı xəsarət alıb.

Editor.az-ın “Report”a istinadən yaydığı məlumata görə, yaralanan şəxs 1994-cü il təvəllüdlü Şəhriyar Nazim oğlu Hüseynovdur.

Məlumata əsasən, hadisə oktyabrın 20-də Rusiya ordusunun Kiyevin Çaban ərazisinə həyata keçirdiyi dron hücumları zamanı baş verib.

Yaralanan Azərbaycan vətəndaşının hazırkı vəziyyətinin stabil olduğu bildirilir.