Əməkdar artist Firuzə İbadovanın səhhəti ilə bağlı narahatlıq: İki aydır yataq şəraitində müalicə alırbackend

Əməkdar artist Firuzə İbadovanın səhhəti ilə bağlı narahatlıq: İki aydır yataq şəraitində müalicə alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Firuzə İbadovanın səhhətində yaranan problemlərlə bağlı yeni məlumat açıqlanıb. Müğənninin hazırkı vəziyyəti barədə həmkarı İzzət Bağırov danışıb.

Editor.az-ın məlumatına görə, İzzət Bağırov bildirib ki, tanınmış sənətçi artıq iki aydır yataq şəraitində müalicə alır. Bu müddət ərzində Firuzə İbadova iki ağır əməliyyat keçirib. Həkimlər isə onun daha bir cərrahi müdaxiləyə ehtiyacı olduğunu bildiriblər.

İzzət Bağırov həmkarlarının və sənət dostlarının Firuzə İbadovaya mənəvi dəstək göstərməsinin vacibliyini vurğulayıb. O, sənətçinin sağlam olduğu vaxtlarda onunla görüşən insanların çətin günlərində də yanında olmalarını arzulayıb.

Müğənninin sözlərinə görə, Firuzə İbadovanın qızı Hülya anasına qulluq edir və gün ərzində onun yanında olur.