Konor Kennedi Rusiyada beynəlxalq axtarışa verildibackend

Konor Kennedi Rusiyada beynəlxalq axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert F. Kennedi Jr.-ın oğlu Konor Kennedi Ukrayna tərəfində döyüşlərdə iştirak etdiyi iddiası ilə Rusiyada beynəlxalq axtarışa verilib.

Moskvanın Basmannı Rayon Məhkəməsi Kennedinin barəsində qiyabi həbs qərarı çıxarıb. Məhkəmə onu Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdluluqda ittiham edir. Qərarın apellyasiya instansiyasında da qüvvədə saxlanıldığı bildirilir.
32 yaşlı Konor Kennedi 2022-ci ildə Ukraynanın Beynəlxalq Legionuna qoşulduğunu açıqlamışdı.

O, həmin ilin əvvəlində Xarkov istiqamətində döyüşlərdə iştirak etdiyini və daha sonra ABŞ-a qayıtdığını bildirmişdi.

Rusiya tərəfinin irəli sürdüyü ittihama əsasən, Kennedini saxlanılacağı təqdirdə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Onun hazırda Rusiyada olmadığı bildirilir.

Kennedinin atası Robert F. Kennedi Jr. 2025-ci ildən ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər naziri vəzifəsini tutur.

//Samir Qurbanov, Editor.az