Ukrayna üçün strateji hədəf: Rusiyanın dron zavodu hələ də toxunulmazdırbackend

Ukrayna üçün strateji hədəf: Rusiyanın dron zavodu hələ də toxunulmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yelabuqadakı dron zavodu Ukraynanın əsas hədəfləri sırasında yer alır

Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində yerləşən sənaye kompleksi Ukraynaya qarşı müharibədə istifadə olunan hücum pilotsuz uçuş aparatlarının istehsalında mühüm mərkəzlərdən birinə çevrilib.

Editor.az xəbər verir ki, The i Paper yazır ki, Yelabuqadakı müəssisə Ukraynanın əsas hədəflərindən biri hesab olunur. Buna baxmayaraq, Kiyev hazırda zavodun istehsal gücünə ciddi və uzunmüddətli zərbə vurmağa imkan verən texniki imkanlara malik deyil.

Müəssisə daha əvvəl də Ukraynanın hücumlarının hədəfinə çevrilib. Lakin indiyədək həyata keçirilən zərbələrin istehsal prosesini əhəmiyyətli müddətə dayandırdığına dair məlumat yoxdur.

Məlumata görə, Yelabuqadakı istehsal infrastrukturu Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı PUA hücumlarında istifadə olunan “Şahid” tipli dronların istehsal və təchizat zəncirində mühüm rol oynayır.

Bununla yanaşı, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə zərbə endirmək imkanları son dövrlərdə əhəmiyyətli dərəcədə genişlənib. Ukrayna qüvvələri artıq Rusiyanın sərhəddən minlərlə kilometr uzaqda yerləşən neft və sənaye obyektlərinə də zərbələr endirə bilir.

Bununla belə, Yelabuqadakı dron istehsal kompleksinin tammiqyaslı şəkildə sıradan çıxarılması hələ də Ukrayna üçün mürəkkəb texniki və hərbi məsələ olaraq qalır.

//Samir Qurbanov, Editor.az