Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin repatriasiyası çərçivəsində növbəti mübadilə həyata keçirilib.
Ukraynanın Əsirlikdə olan şəxslərlə bağlı Koordinasiya Qərargahının məlumatına görə, repatriasiya tədbirlərinin nəticəsində 261 həlak olmuş şəxsin cəsədi Ukraynaya qaytarılıb.
Rusiya tərəfinin iddiasına əsasən, onların Ukrayna hərbçilərinə aid olduğu bildirilir.
Qərargahın məlumatına görə, qaytarılan şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspert müəssisələrinin nümayəndələri tərəfindən zəruri araşdırmalar aparılacaq.
Repatriasiya prosesinin həyata keçirilməsində Ukraynanın müxtəlif dövlət qurumları ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi də iştirak edib.
Məlumata əsasən, əvvəlki belə mübadilə iyulun 16-da həyata keçirilib. Həmin vaxt Ukraynaya 501 həlak olan şəxsin cəsədi qaytarılmışdı.
//Samir Qurbanov Editor.az

