Finlandiyalı siyasətçi, «Azadlıq Alyansı» partiyasının üzvü Armando Mema Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin normallaşdırılması üçün Helsinki-nin vasitəçi rolunda çıxış etməsini təklif edib.
O, bu təşəbbüsü sosial şəbəkə X-dəki hesabında səsləndirib.
Memanın fikrincə, Finlandiya Moskva ilə Brüssel arasında dialoqun qurulmasına və tərəflər arasında əlaqələrin bərpasına töhfə verə bilər. Siyasətçi daha əvvəl də Avropanı Rusiya ilə dialoqa qayıtmağa çağırıb.
Onun bu mövqeyi Finlandiyada Rusiya ilə münasibətlər və Avropanın Moskva ilə gələcək dialoqu barədə səsləndirilən son açıqlamalardan biridir. Finlandiyanın sabiq prezidenti Sauli Niinistö də son günlər Avropa ölkələrinin Rusiya ilə birbaşa dialoqu davam etdirməsinin vacibliyini vurğulayıb.
Memanın təklifi hazırda onun şəxsi siyasi təşəbbüsü kimi qiymətləndirilir və Finlandiya hökumətinin rəsmi mövqeyi kimi təqdim olunmur.
//Samir Qurbanov, Editor.az

